İsveçin Malmö şəhərində “Eurovision-2013” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.
Finala Macarıstan (ByeAlex), Azərbaycan (Fərid Məmmədov), Gürcüstan (Sofo Qelovani və Nodiko Tatişvili), Rumıniya (Çezar), Norveç (Marqaret Berger), İslandiya (Eytour İnqi Günnlöygsson), Ermənistan (“Dorians”), Finlandiya (Krista Sieqfrids), İsveçrə (“Takasa”), Malta (Canluka Bezzina) və Yunanıstan (“Koza Mostra” və Aqafonas İakovidis) müsiqiçiləri finala vəsiqə qazanıblar.
Xatırladaq ki, birinci yarımfinaldan finala Rusiya (Dina Qaripova), Moldova (Alyona Mun), Litva (Andryus Poyavis), İrlandiya (Rayan Dolan), Estoniyp (Birgit Iygemeel), Belarus (Alyona Lanskaya), Danimarka (Emmili de Forest), Belçika (Roberto Bellaroza), Ukrayna (Zlata Oqneviç) və Hollandiya (Anuk) təmsilçiləri vəsiqə əldə etmişdilər.
Bundan başqa, ev sahibi - İsveçrə, eləcə də, “Böyük beşlik” ölkələrinin - Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və Almaniya təmsilçiləri seçmə mərhələdən keçmədən finalda çıxış edəcəklər.
“Eurovision-2013”ün finalı mayın 18-də “Malmö Arena” kompleksində keçiriləcək.
VİDEO
ANS PRESS