"Veneranın doğuluşu" - VİDEO
17.5.2013

Dahi italyan rəssamı, Florensiya rəsm məktəbinin görkəmli nümayəndəsi Sandro Bottiçelli (1 mart 1445 - 17 may 1510) Leonardo da Vinçi ilə həmyaşıd olub. Da Vinçi onu mehribancasına “bizim Bottiçelli” adlandırırdı.

Sandro Bottiçelli demək olar ki, bütün əsərlərində tək bir qadını tərənnüm edib – onun üçün əlçatmaz olan Simonetta Vespuççini, Florensiyanın birinci gözəlini. Bottiçelli adi rəssam idi, Simonetta isə Mediçi ailəsinin maliyyə işlərini idarə edən bankirlərdən birinin xanımı idi.

Rəssamın “Bahar”, "Veneranın doğuluşu" və digər rəsm əsərləri erkən Renessansın simvollarından sayılır.
Video