Bu ecazkar gözəlin 50 yaşı var
17.5.2013

Avstraliyalı cazibədar model El Makferson bütün dünyada “Vücud” ləqəbi ilə tanınır. O, bu ləqəbi 80-cı illərdə qazanıb. Lakin illər keçməsinə baxmayaraq, ləqəbə layiq olduğunu sübut edir.

Bu həftə məşhur modelin 50 yaşı tamam olacaq. Onun gənc model olduğu illərdən bəri bu günə qədər dəb aləminə minlərlə model gəlib. Lakin onların hamısı ana olmayıb və bununla belə bədən quruluşu qoruyub saxlaya bilməyib. El isə dünyaya 2 övlad gətirib.

Lakin ana olması onun bədən quruluşuna heç bir ziyan verməyib. 50 yaşı olmasına baxmayaraq, kişilər hələ də bu qadının arzusu ilə yaşayır... O, milyonçu Jefferi Soferlə nişanlıdır. Onun 50 yaşında olmasına inanmaq çətin olsa da, bu reallıqdır. Kim 50 yaşında da belə gözəl olmaq istəməz ki?

publika.az