Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı ilk dəfə olaraq elektron ensiklopediya yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən verilən məlumata görə, 7 dildə (Azərbaycan, rus, ingilis, türk, fransız, ispan, Danimarka) fəaliyyət göstərəcək www.azerbaijans.com saytı Azərbaycan haqqında məlumatların dünyaya yayılması üçün geniş imkanlar yaradacaq.
Saytda bayraq, gerb, himn, konstitusiya, dil, dövlət qurumları, tarix, siyasət, diaspora, elm, səhiyyə, iqtisadiyyat, folklor, anons və s. bölmələr üzrə Azərbaycan haqqında ətraflı məlumatlar əldə etmək mümkündür. Burada turizm bölgələri, kurort zonaları, otellər barədə məlumatlar Azərbaycanı tanımaq, gəzmək istəyən turistlər üçün əlverişli vasitədir. Saytda foto-qalereya, azetube – video çarxlar bazası da yer alıb.