Hindistanın şimalındakı Uttar-Pradeş ştatının inzibati mərkəzi olan Lakhnau şəhər həbsxanasında dünyanın ən yaşlı məhbus qadını ölüb. Vəfat etmiş Ram Kalinin bu yaxınlarda 107 yaşı tamam olmuşdu.
Qətldə iştirak etdiyinə görə ömürlük həbs cəzası almış Ram Kali xəstəlikdən ölüb.
Bir qədər əvvəl Uttar-Pradeş ştatında həbs edilənədək kahin olmuş 108 yaşlı Bric Bihari Pandeyu azad olunmuşdu.
2009-cu ildə o, 4 nəfəri qətlə yetirməkdə suçlanaraq həbs edilmişdi.
Big.az