Hazırda Azərbaycanın 3 ali məktəbi üçün paytaxt kənarında müasir tipli
təhsil kompleksi – kampuslar tikilir. Bunu təhsil naziri Misir Mərdanov
deyib. Nazirin sözlərinə görə, bu ali məktəblər Azərbaycan Diplomatik
Akademiyası, Milli Aviasiya Akademiyası, Moskva Dövlət Universitetinin
Bakı filialıdır.
M. Mərdanov deyib ki, bu tikinti başa çatandan sonra digər ali məktəblər üçün də analoji addımların atılması gözlənilir.
APA