Azərbaycanın 3 ali məktəbi üçün Bakı kənarında kampuslar tikilir
5.12.2011

Hazırda Azərbaycanın 3 ali məktəbi üçün paytaxt kənarında müasir tipli təhsil kompleksi – kampuslar tikilir. Bunu təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, bu ali məktəblər Azərbaycan Diplomatik Akademiyası, Milli Aviasiya Akademiyası, Moskva Dövlət Universitetinin Bakı filialıdır.
M. Mərdanov deyib ki, bu tikinti başa çatandan sonra digər ali məktəblər üçün də analoji addımların atılması gözlənilir.

APA