Mayın 20-si Dünya Metrologiya Günüdür
20.5.2013

Mayın 20-si Dünya Metrologiya Günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə tədbir keçirilir.

Tədbirdə komitənin bir qrup əməkdaşı uzun illərdir ki metrologiya sahəsində səmərəli fəaliyyətlərinə görə mükafatlandırılmışlar.

Məlumat verilmişdir ki, əlamətdar günün tarixi 1875-ci il mayın 20-də Parisdə keçirilmiş Beynəlxalq Diplomatik Konfransda inkişaf etmiş 17 ölkənin hökumət nümayəndələrinin Metrik Konvensiyasını imzalamasından başlamışdır.

Tədbirdə ölkəmizdə metrologiyanın tarixi, bu sahədə aparılmış islahatlar, onun iqtisadiyyatın inkişafında rolu barədə danışılmışdır.

AzərTAc