Serbiyanın paytaxtı Belqradda keçirilən kütləvi nikah mərasimində 222 cütlük eyni anda izdivaca daxil olub. Bəy və gəlinlər təntənəli toy mərasimi üçün şəhərin hökumət binası qarşısına toplaşıb.
Hər il Belqrad administrasiyası tərəfindən təşkil olunan xoşməramlı tədbirdə bu il rekord iştirakçı sayı qeydə alınıb. Ard-arda 15 dəfə keçirilən kütləvi nikah mərasimində, gəlin paltarları və mərasimdən sonrakı musiqili əyləncə pulsuz olaraq təşkil edilir.
Kütləvi nikah daha yaddaqalan olduğundan gənc cütlüklər izdivaclarını məhz hökumətin bu maraqlı tədbirində rəsmiləşdirməyə çalışır. Təntənəli nikah mərasimindən sonra təzə bəy və gəlinlər toy şənliyini ailələri və yaxınları ilə davam etmək üçün yerli restoranlara və barlara axışıblar.
VİDEO
publika.az