Türklər "Ginnes" rekordunu qırdılar
20.5.2013

Türkiyəli rəssam dünyanın yerdə çəkilmiş ən böyük rəsm əsərini yaradaraq “Ginnes”in Rekordlar Kitabına adlarını yazdırıblar. İstanbulda çəkilən rəsm əsəri 12 min kvadrat metr sahəni tutur. Bu, təxminən 2 futbol meydançası ölçüsündə rəsm deməkdir.

"Gənclik Karikaturası" adlanan bu rekordun təşkilatçısı və əsas icraçısı Akın Candemir adlı 25 yaşlı karikaturaçı-rəssamdır. Lakin o, bu işi təkbaşına görməyib. Layihədə 460 nəfər iştirak edib ki, onların da 260-ı könüllü tələbələr olub. 2,5 ton boya sərf edilən bu karikatura 104 saat 43 dəqiqəyə tamamlanıb.

Xəritəçəkmə mühəndisləri də Türkiyə İdman və Gənclər Nazirliyinin dəstəklədiyi bu layihədə iştirak edib və rəsm 5 günə hazır olub.

Qeyd edək ki, “Ginnes” Rekordlar Kitabına düşmüş nəhəng rəsm əsərini İstanbulun 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək təklifi ilə bağlı çarxda da görmək mümkün olacaq.

publika.az