2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə gözlənilən şagird buraxılışı 216 734 nəfər təşkil edir.
Təhsil Nazirliyindən verilən xəbərə görə, məktəbi bitirənlərin 125 250 nəfəri IX sinif, 91 484 nəfəri isə XI sinif şagirdləridir.
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı isə 26 137 nəfər təşkil edir. Bu tədris ilində nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələrini 10 399 nəfər tələbə bitirəcək.
ANN.Az