Hazırda Bakı metropolitenində bir neçə yeni stansiya tikilir.
"Avtovağzal", "Memar Əcəmi 2", "Həzi Aslanov 2" stansiyaları tikilir, "28 May" metrosu rekonstruksiya olunur. Gələcəkdə şəhərin digər bölgələrində də stansiyalar tikiləcək. Misal üçün, "Həzi Aslanov" və "Xətai" stansiyalarını yeni metro xətti birləşdirəcək və burada 3 stansiya fəaliyyət göstərəcək.
Bəs Bakı metrosu haraya qədər "uzanacaq"? Suraxanı dairəsində metro stansiyasının tikintisi planlaşdırılmır ki?
"Suraxanı rayonunun iki qəsəbəsində - Köhnə Günəşli və Yeni Günəşli qəsəbələrində yeni metro stansiyaları tikiləcək. Hələ 2011-ci ildə Xudu Məmmədov küçəsində "Həzi Aslanov" stansiyasının ikinci keçid stansiyasının tikintisinə başlanılıb. Bu stansiyadan Köhnə Günəşli qəsəbəsinə doğru tunel qazılır. Köhnə Günəşlidə yeni stansiya Kərpic zavodunun yanında, Yeni Günəşlidə isə parkın yanında açılacaq. Həmin stansiyaların tikintisinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur".
Big.az