Kiyevdə “Ər-Rəhman” məscidinin rəsmi açılışı olmuşdur
5.12.2011

Ukrayna paytaxtında “Ər-Rəhman” məscidinin təntənəli açılışı olmuşdur. Üç min nəfər üçün nəzərdə tutulmuş məscidin sahəsi 3200 kvadratmetr, minarənin hündürlüyü 27 metrdir. İnşaat işlərinə şeyx Əhməd Təmim başda olmaqla Ukrayna Müsəlmanları Dini İdarəsi rəhbərlik etmişdir. Ukraynada təxminən 2 milyon, o cümlədən Kiyevdə 60 min müsəlman yaşayır.
“Ər-Rəhman” məscidinin təntənəli açılışında Kiyevdə akkreditasiya olunmuş diplomatik korpusun, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri, dünyanın bir çox ölkəsindən xarici qonaqlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman, habelə din xadimləri, Ukrayna Azərbaycan Konqresinin üzvləri iştirak etmişlər.
                                                                                                                                 AzerTAc