Sumqayıtda ilk dəfə rok musiqisi festivalı keçirilmişdir
21.5.2013

Sumqayıtda ilk dəfə olaraq rok musiqisi festivalı keçirilmişdir. Möhtəşəm musiqi bayramı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gəlmişdir.
“Rok festivalı-Gənc rokçulara dəstək” layihəsi çərçivəsində keçirilən musiqi bayramı Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutmuşdur.
Layihənin icraçısı Eyvaz Qocayev festivalı açaraq onun məqsədi haqqında müfəssəl məlumat vermişdir. O, qeyd etmişdir ki, bu kimi tədbirlərin keçirilməsi dövlətimizin gənc istedadlara yüksək qayğısından, onların yaradıcılığına verilən önəmdən xəbər verir.
Daha sonra gənc rok musiqiçilərinin ifaları dinlənmişdir.
Qeyd edək ki, festivalda Bakı və Sumqayıtdan olan 30 dan çox ifaçı iştirak etmişdir.

AzərTac