ABŞ-ın Nyu York şəhərində qəribə təcrübə keçirilib.
Sərgilərdən birində düzəldilən yağış otağında insanlar islanmadan yağışın ləzzətini görürlər.
Random İnternational adlı sərgidə Amerikalılar saatlarla növbədə dururlar ki yağış otağına girsinlər. Tək nöqtədə işıq quraşdırılan qaranlıq otaqda dəqiqədə 1000 litr yağış yağdırılır. Bu vaxt sensorlar sayəsində su axışı dayandırılır.
Beləcə insanlar leysan yağışın altında dayanırlar lakin onlar islanmırlar. İnsanlar sərgiyə böyük maraq göstəriblər.
Video
publika.az