Yazın trend saç rəngi hansıdır?
21.5.2013

Bu yaz geyimlər, ayaqqabılar, aksessuarlar, hətta çantalar da çox rəngildir. Bəs, saçlarda hansı rəng dəbdədir?

Qadın saç dəbində hər il olduğu kimi bu il də kölgələr və parıltılı rənglər diqqət çəkir. Mövsümün ən çox istifadə edilən rəngi isə şabalıdıdır. Saç modellərində isə qısa saçlar daha çox dəbdədir.

Tünd dərili xanımlara bal köpüyü, karamel və açıq şabalıdı rənglər yaraşır. Açıq dərili xanımları isə buğda və qum sarısı gözəl göstərir.

Yazda saçlarda balyajlara(kölgə) da çox rast gəlinəcək. Xüsusən də açıq dərili xanımlara açıq tonlu kölgələr, əsmərlərdə isə şabalıdın dəyişik tonları məsləhət görülür. Başda kakao rəngi olmaqla, qəhvəyi tonları da yaz mövsümünün əvəzolunmaz tonları arasında yer alır. Uzun saçların da dəbdə olduğu yaz aylarında romantik dalğalar trend olacaq.

Saçları daha gözəl göstərəcək. Gecə və gündüz eyni modellərdən istifadə etmək olar. Gündüz munculuqlu lentlər, taxta broşlar, hörgülər də təbii və etnik tərzli modelləri, gecə isə balon topuz modellərində zərafət və şarm ön planda olacaq.

Publika.Az