Praqa metrosunda yenilik tətbiq ediləcək. Bu dəfə metropoliten rəhbərliyi özünə sevgili tapmaq istəyənləri nəzərə alıb.
Metroda “sevgi qatarı” xəttə buraxılacaq ki, bu qatara özünə sevgili tapmaq istəyənlər minə biləcəklər.
“Siz metroda oxuya bilərsiz, o zaman niyə özünüzə sevgili tapa bilməyəsiniz? Biz sakinlərimizin həyatını yaxşı etmək istəyirik. İndi insanların əvvəlki kimi tanış olmağa sərf edəcək vaxtları yoxdur” deyə “Ropid” şirkətinin rəhbəri Filip Drapala bildirib.
Qərara görə bir neçə qatara tanışlıq üçün nəzərdə tutlan vaqonlar əlavə ediləcək. Onlar öz xarici görünüşlərinə görə digər vaqonlardan fərqlənəcəklər.
Big.az