Günün qoroskopu
22.5.2013

Qoç - təlaşlı, qaçaqaçın olduğu, hərəkətli gündür. Əsas işi başa vurmaq üçün aktivliyinizi yaxşı planlaşdırın. İşlə bağlı söhbətlərlə yanaşı, boş müzakirələr də olacaq. Günün ikinci yarısında, gerçəkdən də, maraqlı informasiya ala bilərsiniz.

İdarə olunmayan emosiyalar hisslərinizə təsir edərək yaşamınızda "taxt" qura bilər. Bəyənmədiyiniz məqamı aradan qaldırın, mühüm qərarlar qəbul edin, yeni prioritetləri müəyyənləşdirin.

Diqqətiniz eyni vaxtda bir neçə obyektdə ola bilər.
İşdə görüləsi işləri planlaşdırmaq asan deyil, çünki hərə öz məqsədini görüb öz marağını təmin etməyə çalışır.

Günün uğurlu potensialı olduğundan, şanslardan mütləq şəkildə yararlanın.

Buğa - Ünsiyyət, səfər, səyahət, araşdırma, tədqiqat, məcəra, informasiya axtarışı üçün sərfəli gündür.

Xoş və gözlənilməz anlar tələskənlik, qarışıqlıq, anlaşılmazlıq və yaxın ətrafınızdakı insanların başa düşməkdə çətinlik çəkdiyiniz davranışı ilə əvəzlənə bilər.
Təmaslar spontan yaransa da, eşitdiyiniz kəlmələrdə rasional məqamlar arayın.

Həmsöhbətiniz mövzudan mövzuya keçə bilər. İndiyədək aradığınız ünsürü qəflətən aşkarlayacaq, layihəni optimallaşdıra biləcəksiniz.
İşinizdə sizə gələcəkdə daha çox tələbat duyulması üçün gərəkli addımlar atın.

Şəxsi münasibətlər müstəvisində maraqlı dinamika var.
Yaşanan olaylara təkan verin, təsir edin.

Əkizlər - can atdığınız arzular və ideal varsa, indi həmin məqsədi reallaşdırmaq üçün optimal andır. İlk addımı atın və görəcəksiniz ki, hər şey göründüyü kimi çətin deyil.

Maraqlarınızın əsas hissəsinin cəmləşdiyi müstəvidə qayda yaradın. Ətrafınızdakı insanların münaqişə yaratmasına imkan verməyin.
Gərgin situasiyada bir sıra məqamlar sürətlə inkişaf edəcək.

Görüşlər emosional olacaq və sizdə xoş təəssüratlar yaradacaq. Yeni ümidlər yaranacaq. Danışıqlar dostlarla görüş müzakirələr planlaşdırmaq olar.

Daxili nizamı qoruyun, səhvləriniz və ya istəklərinizin təhlilinə çox vaxt ayırmayın.
İndiki anla yaşayın.

Xərçəng - aktivlik və sürət tələb olunan gündür. Səbatlı olmayan davranış, düşünülməmiş reaksiya və sərt sözlər münaqişə yarada bilər.

Rəqabət və işlərin sayının qəfil artımı ilə qarşılaşacaqsınız. Bütün sahələrdə eyni vaxtda çalışmağa can atmayın. Mürəkkəb olmayan, ikinci dərəcəli işlər üçün vaxt saxlayın. Neytral emosiyalar və maraqların xeyri var.

Nədənsə imtina etməyə ehtiyac yaranıbsa, indi bu qərarın əsl vaxtıdır.
Şəxsi münasibətlər müstəvisində həssas olun, sakit davranın. Stressi yemək-içməklə "müalicə" etməyə çalışmayın.

Axşam saatları yaxşı söhbət və müzakirə üçündür.

Şir - müəyyən plan və niyyətlərdə qeyri-müəyyənlik varsa, sizi narahat edən məsələlərlə bağlı tam bilgi əldə etməyə çalışın. Suallarınıza cavabın düşündüyünüzdən asan tapıla biləcəyi məkana yollanmağa tənbəllik etməyin.

Qarşılıqlı əlaqələr və bu əlaqələrin nüansları böyük əhəmiyyət kəsb edir. Yaxın ətrafınızdakı insanlar arasında təlaş və nigaranlıq var.

Bu şəxslərin davranışlarında və sözlərindəki bəzi nüanslar yaşananların məğzini daha yaxşı anlamağa kömək edəcək.

Alış-veriş ideyasından imtina edin. Axşam saatlarında istirahət edin.

Qız - sinirli, əsəbli, nəticəsi az olan gündür. Yaxın günlərdə olayların daha intensiv cərəyan etməsi gözlənilir.

Artıq yetişmiş sayıla biləcək emosiyalar asanlıqla "çıxış yolu" tapacaq. Ehtiyatlı və sayıq davranın, səhvlərə yol verməyin.

Qeyri-müəyyənliyin olduğu, müxtəlif gümanların yaşandığı münasibətlər üçün təhdid var.
Gün ərzində informasiya və sizdən nə isə istəyən insanların sayı artacaq. Qərarlarla hərəkətlər arasında harmoniyaya nail olmaq asan deyil.

Günün ikinci yarısını sakit şəraitdə keçirin.
İdeal ünsürə can ataraq xülyalarla yaşamayın, rutin və gündəlik işləri başa vurun.

Axşam saatlarında internetdə ünsiyyət, bilik və bacarıqların artırılması ilə məşğul olun.

Tərəzi - narahatlıq və nigaranlığın hiss olunduğu gündür. Bütün mövzulardakı yarımçıq məqamları başa vurun.

Yaşananlarldan nəticə çıxarın, yeni oyun qaydalarını qəbul edin. Hadisələr sürətlənir, yeni təfərrüatlar formalaşır. Zahiri görüntüləri ayırın, təlaşlı və qaçaqaçlı məqamlara diqqət yetirin.

Belə məqamlar özünüzə verdiyiniz qiymətə əhəmiyyətli təsir etsə də, daha mühüm, yenicə formalaşan və çox əhəmiyyətli ünsürlərdən ayırın.

Gərginliyin azalmasını hiss edirsinizsə, hansısa işlər uğurla alınırsa, ümumi fon düzəlir. Deməli, daha əhəmiyyətli pozitiv dəyişikliklər gözləməyə dəyər.

Sınaqlar və çətin dövrlər geridə qalıb enerji itkiləri müşahidə olunmur. Təkbaşına qalaraq baş verənləri təhlil edin.

Əqrəb - təlaşlı, aktiv və effektivliyi az olan gündür. Öz yerinizdə olun. Suallara dərhal cavab verin, yaşananları reaksiyasız qoymayın, ehtiyac yararansa, sürətli qərarlar verin və heç nəyi mürəkkəbləşdirməyin.

Çoxlu yerdəyişmələrə ehtiyac yaranacaq. Lakin səfərlərin nəticələri az, effektivlik səviyyəsi aşağı olacaq. Məmurlarla ünsiyyətdə fikrinizi dəqiq çatdırın, sorğu edin, haqqınızı tələb edin. Axşam saatlarında yaxşıca dincəlin.

Hansısa əməliniz yeni məlumatı, sirri cəlb edəcək.
İntriqaya cəlb olunacaqsınız. Yeni problemlərin yaranmasını istəmirsinizsə, dedi-qodu və qeybətlərdən uzaq durun.

Oxatan - narahatlıq və nigaranlıq zamanıdır. Çoxdan bəri planlaşdırdığınız işi başa vurun. Münasibətlərdə konkretliyə nail olun, zəruri müzakirəni aparın.

Mənfi nəticəyə belə razılaşın, çünki müəyyənlik hər şeydən üstündür. Cavabının tapılması üçün informasiya axtarışı, sorğu-sual, əlaqələrin yaradılmasını tələb edən sirr, müəmma sizi narahat edəcək.

İşgüzar həyatda mübhəm amillər böyük rol oynayacaq. Səhhətinizə fikir verin. Xroniki ağrıların kəskinləşməsi mümkündür.
Aktiv çalışmaq istəsəniz də, istirahət edin.

Alış-veriş üçün uğurlu gün deyil.
Xüsusilə də axşam saatlarında internet vasitəsilə heç nə almayın.

Oğlaq - problemlərin həlli üçün əlverişli gündür. Məsələlərin həllinə yaradıcı yanaşın. Kiməsə yardım edir, hansısa mənbədən yardım alırsınız.

Eyni vaxtda bir neçə mövzunu nəzarətdə saxlamalı olacaqsınız. İmkanlarınız və qüvvənizdən rasional istifadə edin.
Əlavə iş peyda ola bilər.

Sürprizlər, xoş təlaş, romantik münasibətlərin başlanğıcı istisna deyil.
Səhhətinizə fikir verin. Var qüvvənizlə çalışmasanız, daha çox iş görə bilərsiniz. Həddən ziyadə intensiv işləməyə can atmayın.

Sizə sərfəli olan, maraqlandıran işlə məşğul olun.
İstirahət edin, orqanizminizi yormayın.

Dolça - vaxt itirməyin, ideyalarınızdan birini dərhal həyata keçirməyə başlayın. Prosesin dayanmaması üçün bütün detalları düşünün.

Uzunmüddətli, yetərincə dayanıqlı mənfəət vəd edən işlə məşğul olun və hələlik bununla kifayətlənin.
Günün ikinci yarısında eyni vaxtda bir neçə iş görə bilərsiniz.

Planlarınızı reallaşdırmaq üçün təkbaşına, sakit şəraitdə çalışmaq istəyirsizsə, bir və ya iki görüş faydalı ola bilər.

Şəxsi münasibətilər müstəvisində müəyyənlik, konkretliyə ehtiyac duyulur. Çoxdan can atdığınız söhbət üçün əlverişli gündür.

Axşam saatlarında kitab oxumaq, filmə baxmaq olar.
Xəbərlərdən baş ağrısa da, yeni təəssüratlara maraq çox olacaq.

Balıqlar - istənilən işdə, hətta romantik münasibətlərdə praktik olun. Yeni tanışlıqlar və ya əməkdaşlıq variantları uzunmüddətli ola bilər.

Yeni ideyanı inadla inkişaf etdirin. Əvvəlki dəyərlər sistemini dağıdın, çünki iş və yaşamınızın təkamülə ehtiyacı var.

Hər dövrün öz dinamikası var. Fırıldaqlar və düşünülməmiş addımlar heç bir halda uğur gətirməyəcək.

Sizi maraqlandıran məsələləri təkbaşına həll etmyə çalışın. Təfərrüatlar, yeni məlumat, tərəfdaşın əhvalı sizi çoxdan bəri narahat edən problemin həllində maraqlı çıxış yolunun tapılmasında təkan rolunu oynaya bilər.

Niyyətlərinizi reallaşdırmaq üçün konkret addımlar atın.

Milli.Az