Moskvada iməkləmə yarışı
22.5.2013

7 metr uzunluğundakı yarış sahəsini daha sürətlə iməkləmək üçün tər tökən körpələrin köməyinə süd şüşələr, televizor və kondensioner pultları, cib telefonları, və digər vasitələr gəlib.

Bəzi yarış iştirakçılarının iməkləmək yerinə sürünməsi, bir qisminin isə yarı yolda ağlamağa başlamaları da diqqət çəkib. Finişə yaxınlaşdıqları vaxtda geri dönən və yarı yolda yuxulayan körpələr isə valideyinlərini çətin vəziyyətə salıb. Bəzi valideynlərin körpələrini iməkləməyə həvəsləndirmək üçün hətta özlərinin bu işi görməsi əyləncəli formada təzahür edib.

Gərgin keçən yarışmada birinci yeri 17 saniyə nəticə ilə Nikita Nalımov qazanıb. Yarışa 100-ə yaxın körpə qatılıb. Qaliblərdən başqa, yarışın digər iştirakçıları da müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

publika.az