Mayın 22-də Bakıda “Azərbaycan ailəsi” film festivalının 5 illik yubiley mərasimi keçirilmişdir.
Bildirilmişdir ki, hər il Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə layihəsi əsasında keçirilən “Azərbaycan ailəsi” film festivalı ictimaiyyət tərəfindən maraqla qarşılanır.
Festival sənətdə ilk addımlarını atan gənc rejissorların öz istedadlarını və yaradıcılıq imkanlarını nümayiş etdirmələri və işlərini geniş tamaşaçı kütləsinə təqdim etmələri üçün gözəl məkandır. Bu layihənin bir mühüm cəhəti də milli kino sənətinin inkişafına xidmət etməsi ilə bağlıdır.
AzərTac