İngiltərədə böyrəyindən əməliyyat olunmaq üçün xəstəxanaya gedən 20 yaşlı Cessika Karpeyin 4 böyrəyinin olduğunu görən həkimlər şoka düşüblər.
Cessika belinin sağ tərəfindəki şiddətli ağrılara dözə bilmədiyi üçün həkimə müraciət edib. Sidik yolunun infeskiyası diqanozu qoyulan qız dərhal müalicəyə başlayıb. Müalicə bir nəticə vermədiyi üçün Cessika yenidən müayinə olunub. Bu dəfə məlum olub ki, ağrıların səbəbi qızın sağ böyrəyində 17 sm-lik kistin olmasıdır. Əməliyyat zamanı həkimlərin kist zənn etdiklərinin əslində üçüncü böyrək olduğu ortaya çıxıb. Ən qəribəsi isə əməliyyat zamanı Cessikanın dördüncü böyrəyinin də tapılması olub. Həkimlər bunun tibb aləmində nadir rastlanan bir hal olduğunu söyləyiblər.
Big.az