Bu günlərdə İmişli rayonu ərazisində Kür çayına balıq toru quran bir balıqçı gözlənilməz durumla üzləşib.
Telişli kəndi yaxınlığında Kürdə tor qurmuş kişinin toruna nəhəng naxa (el arasında bu balığa naqqa da deyirlər) balığı düşüb. Balığın çəkisi təxminən 90 kiloqram olub. Tora bundan başqa 15-40 kiloqram çəkisi olan daha 7 balıq da düşüb.
Balıqçı tora dartıb çıxara bilmədiyinə görə kömək çağırıb. Çətinliklə də olsa iri balıqlarla dolu tor sudan çıxarılıb.
Xatırladaq ki, naxa balığının əti sümüksüzdür. Vəhşi-ətyeyən balıqlardan olan naxa balığının ətini bəzi restoranlarda ağ balıq adı ilə müştərilərə satırlar. Rayonlarda bu balığın ətinin kilosu 4-5 manata satılır.
publika.az