iPad Mini yaxşı alınmır
22.5.2013

Tayvanın Digitimes onlayn nəşri bildirir ki, Apple şirkəti iPad Mini planşetlərinin istehsalına sifarişlərin həcmini azaltmağa başlayıb.

Belə ki, sözügedən nəşr məlumat verir ki, iPad Mini üçün maye kristal panellər istehsal edən AU Optronics şirkəti cari rübdə "Alma" şirkəti üçün 2,5-2,8 milyon panel tədarük edəcək, halbuki ötən rüb bu göstərici 4 milyon panel təşkil edib.

Bundan başqa, Apple şirkəti tərəfdaşlarını iPad Mini planşetlərinə sifarişlərin azalacağından xəbərdar edib.

Big.az