Xalq Şairi Səməd Vurğunun xatirəsi yad ediləcəkdir
23.5.2013

Mayın 27-də Xalq Şairi Səməd Vurğunun ev-muzeyinin təşkilatçılığı ilə Fəxri xiyabanda şairin vəfatının 57-ci ildönümü ilə bağlı anma mərasimi keçiriləcəkdir.
Ev-muzeyinin direktoru, şairin nəvəsi Aygün Vəkilova bildirmişdir ki, ədibin məzarı önündə təşkil olunacaq mərasimdə ədəbiyyat, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və ədibin yaxınları iştirak edəcəklər.

AzərTac