Hürrəm Sultan Türkiyəni tərk etdi: "Pis vəziyyətdəyəm"
23.5.2013

Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"ın növbəti, 100-cü seriyası dünən Star TV telekanalında nümayiş olunmalıydı.

Lakin seriya göstərilməyib.

Telekanal rəhbərliyi bunu Türkiyə Kubokunun finalında oynanan "Fənərbağça"-"Trabzonspor" matçının translyasiyası ilə əlaqələndirib.
Lakin bu gün səhər seriyanın nümayiş edilməməsinin gerçək səbəbi bəlli olub.

Sən demə, "Muhteşem yüzyıl"ın ulduzu, Hürrəm Sultan rolunu oynayan aktrisa Meryem Üzerli dərin depressiyadadır. "Pis vəziyyətdəyəm" deyən aktrisa doğulduğu Berlinə yollanıb.

Bu səbəbdən serialın 100-cü seriyası göstərilməyib. 101-ci seriyanın çəkilişləri təxirə salınıb. "Muhteşem yüzyıl"ın çəkilişlərini aparan "Tims Productions" studiyası aktrisanın İstanbula qayıdışını gözləyir.

Əldə edilən məlumatlara görə, 3 gün əvvəl Bodrumda olarkən Meryem Üzerli sevgilisi Can Ateşe şikayətlənib: "Bezdim, usandım artıq! Buralarda dayana bilmirəm. Pis vəziyyətdəyəm. Berlinə qayıdıram".

Berlində psixoloji reabilitasiya klinikasında müalicəyə başlamış M.Üzerlinin "ifrat yorğunluq və psixoloji tükənmə" sindromuna mübtəla olduğu bildirilir.

Məryəm Üzerlinin İstanbula nə zaman qayıdacağı, "Mühteşem yüzyıl"ın 101-ci seriyasının çəkilişlərinin nə zaman başlanacağı bəlli deyil.

publika.az