Azərbaycanın üç təşkilatı Dünya Turizm Təşkilatına üzv qəbul edilib
1.7.2011

Azərbaycanın üç təşkilatı ilk dəfə olaraq Dünya Turizm Təşkilatına (DTT) üzv qəbul edilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, beynəlxalq qurumun iclasında Azərbaycan Turizm İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzi DTT-nin sırasına daxil edilib.
Bu təşkilatların adıçəkilən beynəlxalq quruma üzv olması onlara DTT tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, proqramlarda və bir sıra layihələrdə “qoşulmuş üzv” kimi Azərbaycanı təmsil etmək hüququ verir.