Qoç - Dünənki qədər çox şey vəd edən olmasa da, pis gün deyil. Bu gün hadisələrə real baxacaq, onları mümkün olduğu qədər obyektiv qiymətləndirəcəksiniz. Əməkdaşlığa başlamaq üçün pis gün deyil. Sizinlə birgə fəaliyyətdə maraqlı olduqlarını hiss etdirən adamlarla da əməkdaşlığa başlaya və öz şərtlərinizi diktə edə bilərsiniz.
Yaxınlarınızla münasibətlə güzəştə gedin. Əks təqdirdə sizin inadkarlığınız rişxənd üçün səbəb ola bilər. Bununla belə, sizin fikrinizdən dönməməyiniz ətrafdakılarla münasibətlərdə ciddi gərginliyə səbəb olmayacaq.
Buğa - Gün sakit və xoş keçəcək. Başgicəlləndirici uğurlar olmasa da, yeni, müsbət dalğaya köklənirsiniz. Bu, əbəs deyil. Çox uğurlu dövrə hazırlıq mərhələsi başlayır. Yeni işlərə başlamaq, qarşıya yeni vəzifələr qoymağın əsl vaxtıdır.
Ev işləri üçün münasib gündür. Evi bəzəmək, mətbəxdə eksperimentlər etmək, qeyri-adi romantik görüşlər barədə fikirləşmək olar. Bir sözlə, fantaziyanıza sərrbəstlik verin.
Əkizlər - Bu günü asan adlandırmaq düz deyil. Lakin çətin ki, kefinizi pozsun. Lazım olan nəticəni əldə etmək olar. Lakin buna hansısa qeyri-adi üsullarla nail olmaq lazımdır. Narahatedici məqam ətrafdakıların sizin hərəkətlərinizə qarşı reaksiyasının birmənalı olmamasıdır: sizi gah həddindən artıq orijinallığa görə danlayırlar, gah da eyni şeyə görə tərifləyirlər.
Ailə üzvləri ilə münasibətlər xüsusi diqqət tələb edən sahədir. Sülhü qorumaq, yaxınlarınızı dalaşmağa qoymamaq sizin şərəfli və məsuliyyətli missiyanızdır. Axşam yaxşı xəbərlər alacaqsınız.
Xərçəng - Tələsməyin. Səhər saatlarında ötən günün mənfi tendensiyalarının təsiri hiss olunacaq. Amma günortadan sonra vəziyyət yaxşılığa doğru dəyişəcək. Nə sizin, nə də müttəfiqlərinizin heç cür öhdəsindən gələ bilmədiyi işi başa çatdırmaq şansı yaranacaq. Əlinizə pul gəlməsi mümkündür. Dəyərli hədiyyələr də istisna deyil.
Kübar tədbirlərə getmək üçün əla gündür. Maraqlı dəvət yoxdur? Eybi yox, özünüz nəsə təşkil edin.
Şir - Xırda da olsa çətinliklər istisna deyil. Bu çətinliklərin çoxu öz günahınızdan yaranır – imkanlarınızı həddindən artıq qiymətləndirmisiniz və qarşınıza çox çətin vəzifələr qoymusunuz. Əgər vaxtında düzəliş etsəniz, hədər səylər və boş təlaşdan xilas ola bilərsiniz. Unutmayın ki, bu gün bəxtiniz yalnız xırda məsələlərdə gətirəcək. Ciddi və vacib işlərdə isə istisnasız olaraq öz gücünüzə arxalanmalısınız.
Bu gün gücünüzü bərpa etmək üçün həmişəkindən çox istirahət etməlisiniz. Ona görə də artıq yükdən imtina edin və istirahətsiz çalışmayın.
Qız - İntuisiya deyir ki, tezliklə vacib və müsbət nəsə baş verəcək. Yanılmır. Düzdür, vaxtla bağlı bir qədər dolaşıqlıq var. Yəqin ki, ən maraqlı hadisələr sabah baş verəcək. Odur ki, taleyin sizi aldatdığını düşünməyin, hər şey hələ qabaqdadır.
Şəxsi münasibətlərlə qarşılıqlı anlaşma, harmoniya hökm sürəcək.
Tərəzi - Dünənlə müqayisədə bir qədər xoş gündür. Amma onu xüsusilə uğurlu hesab etmək olmaz. Bu gün gələcək həyatınızın asılı olduğu qərarları qəbul etməli olacaqsınız.
Ən çətini yaxınlarla yola getməkdir. Onlarla münasibətlərdəki boş fikir ayrılıqları ciddi nəticələr verə bilər. Heç kimi incitməmək üçün özünüzü necə aparmağın lazım olduğunu intuisiyanız deyəcək. Daxili səsinizə qulaq asın.
Əqrəb - Yeni üfüqlər və imkanlar yaranır. Şəraitdən istifadə etməyə tələsin. Əgər ləng tərpənsəniz, vaxt rəqibləriniz üçün işləyəcək. Rəhbərliklə fikir ayrılıqları gözlənilsə də, uğurla aradan qaldırılacaq. Potensial işverənlər və investorlardan maraqlı təklif ala bilərsiniz.
Həm iş, həm də şəxsi həyatınızla bağlı bütün vacib məsələləri günün birinci yarısında müzakirə etməyə çalışın. Sonra enerji potensialınız enəcək, fikrinici cəmləmək çətinləşəcək, hər şeyi bir kənara atmaq istəyir sağlam düşüncədən üstün ola bilər.
Oxatan - İmkanlarınız göründüyü qədər sərhədsiz olmasa da, genişdir. Yeni başlanğıclar uğurlu olacaq. İş və şəxsi layihələri uğurlu sonluğa çatdıra biləcəksiniz. Bu gün iş danışıqları üçün əlverişlidir. İdeya və təklifləriniz müzakirəsiz qəbul ediləcək.
Həyat potensialınız yüksək olduğundan, bir neçə işlə eyni vaxtda məşğul olmaq lazım gəlsə də, yorulmayacaqsınız. Sevgi məsələlərində bəxtiniz gətirəcək.
Oğlaq - Gün karyera, əmlak və maliyyə ilə bağlı sevindirici məlumatlarla zəngin olacaq. İndi diqqəti qarşıya qoyulmuş məqsədə çatmaq üçün cəmləşdirmək lazımdır. Çoxdandır can atdığınız şeyi əldə edə bilərsiniz. İşgüzar əlaqələri möhkəmləndirmək, yeni müttəfiqlər tapmaq imkanını əldə verməyin. Kiminləsə birləşməklə öz imkanlarınızı əhəmiyyətli şəkildə genişləndirə bilərsiniz.
Uzaq qohumlarınızdan yazşı xəbərlər gələcək. Çoxdankı arzularınız çin ola bilər. Həyat potensialı yüksək olacaq və özünüzü yaxşı hiss edəcəksiniz.
Dolça - Kifayət qədər çətin, eyni zamanda çox vacib gündür. Mətanət nümayət etdirin, illüziyalar qurmayın. Əsl döyüşçü olduğunuzu cöstərməyin əsl vaxtıdır. İşgüzar əlaqələr xüsusilə ehtiyat tələb edir. Təəssüf ki, düşmən, özü də nüfuzlu düşmən qazanmaq riski var.
Özünüzü qorumalısınız. İstənilən imkandan xoş istirahət üçün istifadə edin və səhhətinizlə məşğul olmağı unutmayın.
Balıqlar - Bu gün bir növ mövsümlərarasıdır. Müsbət tendesiyalar “postu təhvil verib”, mənfilər isə hələ tam gücü ilə özlərini göstərməyiblər. Hadisələrin inkişafı daha çox sizdən və baş verənlərə münasibətinizdən asılıdır. Nəyisə dəyişmək istəyirsiniz? Dəyişin.
Ətrafdakılarla necə ünsiyyət qurduğunuza diqqət yetirin. Bu gün çoxları sizin zarafatlarını başa düşməyə, iradlarınızdan inciyə bilər. Eyhamlardan, ikibaşlı ifadələrdən uzaq olun.