«Şəfa» stadionu qarşısında yeraltı tunel və piyada keçidinin tikintisinə başlanılıb - FOTO
23.5.2013

Bakı şəhərinin Heydər Əliyev prospektinin Müzəffər Nərimanov və 5-ci köndələn küçələri ilə kəsişməsində («Şəfa» stadionu qarşısında) nəzərdə tutulan yeraltı tunel və piyada keçidinin layihələndirməsi və ərazi boyu kommunikasiya xətlərinin müəyyən hissəsinin köçürülməsi işləri başa çatdırılıb.

«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 2 gediş-2 gəliş üçün nəzərdə tutulan tunelin uzunluğu 896 metr, eni isə 16,5 metr təşkil edəcək. Hazırda tunelin beton əsasının hazırlanması işləri gedir.

Uzunluğu 102 metr, hündürlüyü 3,2 metr planlaşdırılan piyada keçidin isə giriş-çıxış hissələrinin bünövrələri qazılır.

APA