Bayraq formasında tikilmiş orijinal bina – Foto
23.5.2013

Samsunda yerli bələdiyyə üçün analoqsuz yeni bina tikilib istifadəyə verilib.

Samsunun Canık Bələddiyəsi üçün tikilmiş yeni bina Türkiyənin bayrağı formasındadır.

Məlumata görə, Samsun Canık Bələdiyyəsinin sədri Osman Genç Samsunun Türkiyə üçün qurtuluş şəhəri olduğunu və bu mənanın bələdiyyənin yeni inzibati binasında əks olunmasını məqsədəuyğun gördüklərini bildirib.

Türkiyənin keçmişi, bu günü və gələcəyini simvolizə edən binanın açılışı yaxın günlərdə baş tutacaq.

Gün.Az