Dünyanın ən nüfuzlu qadınlarının adı açıqlandı - SİYAHI - FOTO
24.5.2013

Amerikanın nüfuzlu "Forbes" jurnalı dünyanın 100 ən nüfuzlu qadınının reytinq siyahısını hazırlayıb.
Rusiya mətbuatına istinadən verilən xəbərə görə, siyahıda birinci yeri Almaniya kansleri Angela Merkel tutur.



Angela Merkel. Almaniya Kansleri

"Dəmir ledi" Avrozonada bohranla mübarizədə əsas fiqur olduğuna görə birinci yeri qoruyub saxlaya bilib.



Dilma Russef. Braziliya prezidenti.

O, dünyanın 7-ci ən böyük iqtisadiyyata malik ölkəsini idarə edir.



Melina Qeyts. Microsoft şirkətinin təsisçisi Bill Qeytsin həyat yoldaşı.

O, "Bill Qeyt və Melina Qeyts" xeyriyyə fondunun həmtəsisçisidir. Melina həyat yoldaşı ilə birgə xeyriyyə işlərinə 26 milyard dollar xərcləyib.



Mişel Obama. ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı.

O, öz ölkəsində siyasi və ictimai sahədə nüfuzlu fiqurdur. Mişel uşaqların kökəlməsinə qarşı mübarizəni və sağlam həyat tərzi istiqamətində təbliğatı öz kurasiyasına götürüb.



Hillari Klinton. ABŞ-ın sabiq dövlət katibi.




Şeril Senberq. Facebook sosial şəbəkəsinin icraçı direktoru.
Mart ayında Senberqin feminizm manifesti olan "Daxilən: qadınlar, iş və liderlik" adlı kitabı nəşr olunub. Kitabın bir həftə ərzində 150 min nüsxəsi satılıb. Həmin kitab hələ də bestsellerlər siyahısında ilk yerləri tutmaqdadır.



Kristin Laqard. Ümumdünya Valyuta Fondunun ilk qadın rəhbəri.
Özünü Avrozonadakı iqtisadi böhranın aradan qaldırılmasına həsr edib.



Canet Napolitano. ABŞ-ın Milli təhlükəsizlik naziri.

Bu qadın ABŞ-ın böyüklüyünə görə, üçüncü yerdə duran qurumuna rəhbərlik edir. Onun rəhbərlik etdiyi qurumun büdcəsi 48 milyard dollar, əməkdaşlarının sayı isə 240 min nəfərdir.



Sonya Qandi. Hindistan Milli Konqresinin lideri. Hindistanın hakim partiyasına ən uzun müddətə rəhbərlik edən şəxsdir. O, dünyanın 10-cu ən böyük iqtisadiyyatının rıçaqlarını öz əlində saxlayır.



İndra Nuyi. PepsoCo şirkətinin baş direktoru.

Onun rəhbərlik etdiyi şirkətin builki gəliri 13 milyard dollara qədər artıb.

Milli.Az