Bakı Metropoliteninin “28 May” stansiyası orijinal memarlıq görünüşü ilə fərqlənəcəkdir
24.5.2013

Bakı Metropolitenin “28 May” stansiyasının 1-ci çıxışı və platforma sahəsi yenidən qurulacaqdır.
Bakı Dövlət Layihə İnstitutunun layihənin baş mühəndisi Əhliman Şükürlünün verdiyi məlumata görə, stansiya binasının mövcud fasadları bugünkü tələblərə cavab vermədiyi, köhnəldiyi və şəhərin ümumi görünüşünə xələl gətirdiyi üçün onların yenidən qurulması qarşıya bir məqsəd kimi qoyulmuşdur.
Layihədə fasadlar müxtəlif kompozisiya üsullarından istifadə olunmaqla həll edilmişdir. Belə ki, metal-şüşə birləşməsi geniş tətbiq olunmuşdur.
Qeyd edilmişdir ki, naxışların üzlük materiallarının rənginə, növünə və müxtəlifliyinə, sütunların, tavanın (qübbənin) və işıqlandırma sistemlərinin formasına görə stansiya digərlərindən orijinal memarlıq görünüşü ilə fərqlənir.

AzərTac