Londonda azərbaycanlı rəssamın sərgisi keçirilmişdir
24.5.2013

Britaniyada fəaliyyət göstərən azərbaycanlı rəssam Ülvi Pepinovanın “Şüşə buta və geniş arzular” adlı sərgisi keçirilmişdir.
Sərgidə şüşədən hazırlanmış əsərlər nümayiş etdirilmişdir. Rəssam əsərlərini ərsəyə gətirərkən kosmosdan çəkilmiş təbii mineralların və yer kürəsinin foto-şəkillərindən ilhamlanmışdır. Azərbaycan mədəniyyətinin simvollarından biri olan buta əsəri sərginin tamaşaçılarında daha çox maraq doğurmuş və satışa çıxarılmışdır.
Bakıda doğulmuş Ülvi Pepinova Moskva şəhərində böyümüş və təhsil almış, daha sonra təhsilini Türkiyədə davam etdirmişdir. Rəssamın ilk sərgisi 2008-ci ilin payızında Londonda açılmış, bir qədər sonra isə Moskvada nümayiş etdirilmişdir. Sənətkarın vaza, şamdan, lampa kimi şüşə bəzək əşyalarını əhatə edən əsərlərindən interyer və eksteryerin dizaynında, qədim və müasir yaşayış binalarında, ofis və salonların bəzədilməsində istifadə edilir.

publika.az