Bu gün tanınmış aktyor, xalq artisti Fuad Poladovun doğum günüdür. Fuad Ağarəhim oğlu Poladov 1948-ci ilin may ayının 24-də Bakı şəhərində anadan olub.
O, sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində oynadığı Səlim rolu ilə gəlib. Daha sonra aktyor Dövlət Dram Teatrında İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında səhnələşdirilən tamaşada Savalan rolunu ifa edib. Sözügedən tamaşadan sonra F.Poladov teatrın aktyor truppasına daxil edilib və iyirmi il bu kollektivdə çalışıb.
Bundan başqa, Fuad Poladov “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Etimad telefonu”, “Əlavə təsir”, “Əlvida, cənub şəhəri”, “Ən vacib müsahibə”, “Fatehlərin divanı”, “Güllələnmə təxirə salınır”, “Günaydın, mələyim”, “Hacı Qara”, “Həqiqətin özü”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir”, “Köpək”, “Küçələrə su səpmişəm”, “Qara Volqa”, “Qayınana”, “Qırmızı qatar”, “Qırmızı Terror və ya Mircəfər Bağırov”, “Ovsunçu”, “Ömür və Tale” (5 hissə), “Salur Qazanın evinin talandığı boy”, “Təsadüfi görüş”, “Üçüncü zəng”, “Ümid”, “Vahimə” filmlərində müxtəlif obrazlarda rolları canlandırıb.
gun.az