Mayın 25-dən etibarən “Rahat Cinema” kampaniyasına start verilir.
Kampaniya çərçivəsində “Rahat Market” şəbəkəsinin alıcıları “Park Cinema” kinoteatrlar şəbəkəsindən hədiyyə olaraq kinoya bilet alacaqlar.
Rahat Marketdən 50 manat və daha artıq məbləğə alış-veriş edən hər bir alıcı kassada “Park Cinema”-dan Merto Park Ticarət Mərkəzində yerləşən yeni və müasir kinoteatra kinoya dəvətnamə əldə etmiş olacaq.
Şəbəkənin marketlərində şənbə və bazar günləri alış-veriş edən hər bir alıcı kampaniyada iştirak edə bilər.
“Park Cinema”da filmə baxmaq üçün dəvətnaməni kinoteatrın kassasında təqdim etmək kifayətdir.
Dəvətnamələr 15.07.2013 tarixinədək etibarlıdır. Kampaniya 30.06.2013 tarixinədək davam edəcək.
Kampaniya haqqında ətraflı məlumatı www.parkcinema.az əldə etmək olar.
gun.az