Bu gün Bakıda əsl şou olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Axşam saat 22:00-da Dənizkənarı Milli Parkda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) yol patrul xidməti avtomaşınlarının və motosikletlərinin iştirakı ilə şou, Yaponiyadan dəvət edilmiş incəsənət ustası Sakakura Katsuminin iştirakı ilə “Hər kəs qaranlıqda görünməlidir” adlı teatr tamaşası olacaq.
Tədbirdə "Eurovision" musiqi yarışmasının iştirakçıları və qalibləri Eldar Qasımovun, eləcə də Farid Məmmədovun iştirakı ilə konsert proqramı təşkil ediləcək.
Tədbirin acılışında gənclər və idman naziri Azad Rəhimov, Daxili İşlər Nazirliyinin rəsmiləri iştirak edəcəklər.
ANS PRESS