Azərbaycan ərazisində havanın temperaturu 3-5 dərəcə düşəcək
27.5.2013

Bu gündən etibarən ölkə ərazisində havanın temperaturu düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib ki, artıq Azərbaycanın paytaxtı və rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Yaxın 2-3 gün ərzində də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq. Bu günlər ərzində havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə enməsi gözlənilir.

APA