Yaponiyanın "Sony" korporasiyası "Most İnsane İmmersive Movie Experience" (EVER) texnologiyasına əsaslanan TV qurğusunu artıq hazırlayıb. GoMap.az portalı "Gizmodo"ya istinadən bildirir ki, bu texnologiya "EyeToy" kameralarından istifadə edir.
Televizor qarşısında oturan şəxs xüsusi "Sony" qurğusunu işə salandan sonra otağın divarlarına düşən xüsusi videoşüalar "sərhəd"ləri yox edir, sonra isə ekrandakı görüntüdən asılı olaraq otağı haldan-hala salır.
Divarlar, divan və döşəməyə yönəlmiş proyektorlar otaqda ən müxtəlif "məkan"lar yaradır. Divanda oturaraq televizor seyr edən şəxs nümayiş edilən film və ya görüntülərdən asılı olaraq dəniz qulduru, futurist tuneldə hərəkət edən droid və ya raketə çevrilir.
"Sony" korporasiyasının yaydığı bəyanatda bildirilir ki, "canlı video" da sayıla biləcək EVER texnologiyası çox yaxınlarda satışa çıxarılacaq.
Video 1
Video 2
Video 3