Heydər Əliyev Sarayında Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə konsert keçirilib
27.5.2013

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş böyük konsert proqramı keçirilib.

Bayram konsertində “Asiman” rəqs kollektivinin ifasında milli və müasir rəqslər, Şaolin və Bədii Gimnastika Federasiyalarını təmsil edən idmançı uşaqların rəngarəng çıxışları, illüziya şousu təqdim olunub.

Konsertdə Azərbaycanın “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov və “Eurovision- 2013” müsabiqəsində ikinci yer qazanan Fərid Məmmədovun çıxışları alqışlarla qarşılanıb.

Qeyd edək ki, bayram konsertində kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar təmənnasız iştirak ediblər.

APA