Sabah Milli parkda konsert və atəşfəşanlıq olacaq. Bu barədə məlumatı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov verib. Onun sözlərinə görə, tədbir Respublika Gününün 95 illiyinə həsr olunub. Bakı şəhər İcra hakimiyyətinin təşkil etdiyi konsert saat 21:00-da başlayacaq.
İncəsənət ustalarının iştirakı ilə konsert Saat qülləsinin yanında olacaq. Artıq adıçəkilən ərazidə səhnə qurulub.
ANS PRESS