Türkmənistan rəsmlərinin dünyanın ən lüks ağ şəhərinə çevirmək istədikləri ölkənin paytaxtı Aşqabad şəhəri ağ mərmərdən tikilən binaların hesabına “Ginnessin rekordlar kitabı”na düşmüşdür.
Bu barədə kitabın naşiri Kreq Glanday Aşqabadın meri Recepgeldi Nurməmmədov ilə görüşündə bildirmişdir.
Naşir keçirdiyi mətbuat konfransında Aşqabadda 4,514 milyon kvadratmetrlik sahədə 543 binanın ağ mərmərdən inşa edildiyini diqqətə çatdırmışdır.
Keçmiş SSRİ məkanında Orta Asiya respublikalarından biri olan Türkmənistan zəngin qaz hesabına bir milyon əhalinin yaşadığı Aşqabadın simasını dəyişmək naminə indiyədək milyardlarla dollar vəsait sərf etmişdir.
AzərTac