Londonda ən böyük gül sərgisi açılmışdır
27.5.2013

Londonda krallığın ənənəvi Çelsi gül sərgisi açılmışdır. Bu il 100 illiyi tamam olan sərgi gülçülük sənətinin və landşaft dizaynının ən nüfuzlu nümayişi sayılır. Bu barədə “Azadlıq” radiosu xəbər verir.
Beş gün davam edən sərgidə dünyanın bir çox ölkələrinin adlı-sanlı bağça dizaynerləri iştirak edirlər. Sərginin açılışında bir qayda olaraq kraliça iştirak edir. İyun ayında Böyük Britaniyada İkinci Elizabetin tacqoyma gününün 60 illiyi qeyd olunacaqdır.

AzərTac