Ölümündən sonra uşaq doğdu və dirildi - İNANILMAZ OLAY
27.5.2013

Amerikalı qadın ürəyi dayandıqdan sonra dünyaya qız övladı gətirib. Doğumdan sonra isə qadın həyata qayıdıb.
Amerikanın Missuri ştatında yaşayan 32 yaşlı sakin Erika Miqrelli müəllimə işləyib. O, dərs zamanı özünü pis hiss edib. 3 həftə sonra dünyaya uşaq gətirməli imiş. Erikanın eyni məktəbdə müəllim işləyən əri Natan deyir:

"Mən sinif otağına qaçanda gördüm ki, arvadım yerə yıxılıb və ağzından köpük gəlir. O, boğulurdu. Bir neçə dəqiqə sonra isə huşunu itirdi".

Məktəbə təcili yardım maşını gəlib. O vaxta qədər isə Natan arvadını həyatda saxlamaq üçün ona ürək masajı edərək süni nəfəs verib. Həkimlər qadını xəstəxanaya aparanda isə görüblər ki, onun ürəyi dayanıb. Həkimlər Erikaya qeysəriyyə əməliyyatı edərək körpəni xilas ediblər. Körpə tam sağlam doğulub. Həkimlər artıq Erikanın yaşayacağından əllərini üzən vaxtda birdən qadının ürəyi yenidən döyünməyə başlayıb.

publika.az