Bu gənc özünü planetin ən yaraşıqlı kişisi hesab edir
27.5.2013

İraqlı gənc tələbə özünü planetin ən yaraşıqlı kişisi hesab edir.

Son vaxtlar sosial şəbəkələrdə, internet səhifələrində iraqlı model gəncin fotoları sürətlə yayılmağa başlayıb.

Belarusda tibb təhsili aldığını deyən Əhməd Mələk özündən əmin duruşu ilə fərqlənir. O, “fotoşop”un köməyi olmadan və makiyajlı kimi görünən fotolarını əsasən "dünyada doğulan ən gözəl yaraşıqlı üz","çox seksual", "planetin ən yaraşıqlısı" adları ilə paylaşır.

Özü haqqında verdiyi informasiya isə çox məhduddur. Belə ki, onun iraqlı olduğu, tibb fakültəsində oxuduğu və ərəb, ingilis, rus, fransız dillərini bildiyi bəllidir. 18 yaşlı tələbə "Məşhurların və yaradıcı şəxslərin ilham qaynağı" olmaq istədiyinidə gizlətmir.

publika.az