Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak etmişdir.
PrezidentBuzovna-Mərdəkan-Qala yolunun texniki göstəricilərini əks etdirən stendə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, eni 22 metr olan yolun ümumi uzunluğu 12 kilometrə yaxındır. Yol ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Dördzolaqlı yolun inşası zamanı bütün infrastruktur yenilənmiş, müasir işıqlandırma sistemi yaradılmış, yol boyu 3 qovşaq tikilmişdir. Bakıətrafı kənd və qəsəbələrin yollarının tamamilə yenidən qurulması ilk növbədə əhalinin sosial məsələlərinin həlli baxımından önəmlidir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət başçısı yeni yolda avtomobili idarə etdi.
Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun əvvəlki vəziyyətini, tikinti zamanı və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı.
Dövlət başçısına yolboyu quraşdırılan müasir işıqforlar barədə də məlumat verildi.
president.az