İlk türk sportkarı - FOTO
28.5.2013

Türkiyə idman maşını istehsal edəcək. İdman maşını "3GEN" adlanır. Maşının dizayneri Serdar Sapmaz adlı türkdür. Bu maşınla Türkiyə daha bir ilkə imza ataraq, yerli sportkar istehsalı tarixinə başlayacaq. Maşın üzərində iş 2010-cu ildən başlayıb. Bu ilin əvvəlində isə iş yekunlaşıb.

3GEN 100 faiz elektrikli və hibrit mühərrik olmaqla iki fərqli şəkildə hazırlanıb. Maşın Cenevrə və Detroyt avto şoularında sərgilənəcək.

Maşının ilk nümunəsi hazırlanaraq ictimaiyyətə təqdim edilib.

ANS PRESS