Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında qan verib
6.12.2011

Bu gün Bakıdakı “Təzəpir” məscidində Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb.Aşura günü ilə əlaqədar məscidi ziyarətə gələn insanlar qanvermə aksiyasında da iştirak edirlər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib. Allahşükür Paşazadə ilə yanaşı onun müavinləri – Hacı Sabir Həsənli, Hacı Salman Musayev, QMİ əməkdaşları da qan verib.