Bir müddət öncə xalq mədəniyyəti festivalında iştirak etmək üçün Səudiyyə Ərəbistanına gələn, lakin çox yaraşıqlı olduğu üçün ölkədən deportasiya edilən fotoqrafa maşın hədiyyə edilib. ANS PRESS-in dünya mətbuatına istinadən verdiyi məlumata görə, fotoqraf, aktyor Omar Borkan Al Qalaya "Mercedes G55" markalı maşını adı açıqlanmayan bir qadın hədiyyə edib. Bu barədə Omar Borkan özü Amerika jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, avtomobili ona ad günü hədiyyəsi kimi alıblar."Maşını mənim evimin qarşısına gətirib sənədlərə qol çəkməyimi istədilər. Onu göndərənin kim olduğunu mən də bilmirəm".
Fotoqraf-şair Səudiyyə Ərəbistanından qovulmasının ona populyarlıq gətirdiyini deyib. Bundan sonra ona gələn film və reklam təkliflərinin sayı artıb. Hətta Səudiyyə Ərəbistanında qadınların hüquqlarının müdafiəsi məqsədilə hazırlanan təqvimdə də o çəkilib.
Xatırladaq ki, Omar Borkan və başqa iki kişi aprel ayında Səudiyyə Ərəbistanında keçirilən festivala qatılıblar. Lakin şəriət polisi 3 kişinin çox yaraşıqlı olduğu və qadınların onlara vurulma təhlükəsini nəzərə alaraq ölkədən deportasiya etmişdi.
ANS PRESS