9-cu siniflərində istifadədə olan “Rus dili” dərsliyinin müzakirəsi qurumun internet saytında canlı yayımlanacaq. Mayın 29-da saat 14.00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçiriləcək elmi-metodik seminarda ümumtəhsil məktəblərinin 9-cu siniflərində istifadədə olan “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) dərsliyinin müzakirəsi aparılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, seminar TQDK-nın internet saytında canlı yayımlanacaqdır.
Big.az