Ford zavodları bağlanır
28.5.2013

Amerikanın avtomobil nəhəngi Ford Avstraliyadakı iki iri zavodunu bağlamaq qərarına gəlib.

"Ford"un Avstraliyadakı zavodları bu ölkənin Melburn və Cilonq şəhərlərində yerləşir. Hər iki zavod əsasən ABŞ-dan gətirilmiş avtomobil detallarının yığılması ilə məşğuldur. Zavodlarda Fordun "Territory" və sedan "Falcon" modelləri yığılırdı. Zavodlarda ümumilikdə 3.5 min nəfər fəhlənin işlədiyi bildirilir.

"Ford" korporasiyasının rəhbərliyi zavodların bağlanmasını satışın aşağı düşməsi və istehsalın rentabelliyini itirməsi ilə əlaqələndirib.

Big.az