Azərbaycan boksçuları Avropa çempionatına iştirak edəcəklər
28.5.2013

İyunun 1-də Belarusun paytaxtı Minskdə boks üzrə böyüklər arasında Avropa çempionatı başlayacaqdır.
Azərbaycan Boks Federasiyasından AzərTAc-a bildirmişlər ki, milli komandamız baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yarışda tam heyətlə çıxış edəcəkdir.
Heyətdə boksçular Salman Əlizadə (49 kq), Samir Məmmədov (56 kq), Elvin Musayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və başqaları yer almışlar.
Boksçularımız əvvəlcə Qırğızıstanda – İsıkkul gölü sahilində ümumi fiziki hazırlıq keçmişlər. Daha sonra isə Kiyevdə - Konça Zaspa Olimpiya Mərkəzində bir neçə ölkənin boksçuları ilə birgə toplanışda iştirak etmişlər.

© AzərTAc